Qubada saat 9:50-də yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 18 may tarixində məlumat verir.
Şəhər bazarının qarşısında yerləşən transformatorda qısaqapanma olub və o alovlanıb. Əraziyə FHN-in bölmələri cəlb edilib. Alovun qarşısı alınıb, ətrafda elektrik təminatı dayandırılıb.