Qeyri-islam dini icmalarının nümayəndələri İsmayıllıda molokan icmasını ziyarət ediblər. Bu barədə ShimalNews 18 may tarixində RİH-yə istinadən məlumat verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda konfrans keçirilib.
İştirakçılar əvvəlcə 200 ildən çox İsmayıllının İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icmasının qonağı olublar. “Molokan-ruhani-xristian” dini icmasının üzvləri mədəniyyət və adətlərini, folklorlarını nümayiş etdiriblər, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar.
