Gənclər və İdman Nazirliyi tərəfindən İsmayıllıda futbol idman növünə marağı olan gənc istedadlar axtarılır. Bu barədə ShimalNews 18 may tarixində məlumat verir.

Seçilmiş uşaqların İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində təhsil almaları və futbol idman növünə cəlb edilmələri nəzərdə tutulub.

Mayın 21-i saat 9:00-da İsmayıllı Olimpiya İdman Kompleksində seçim mərhələsi keçiriləcək. Bura 2011-2012-ci il təvəllüdlülər müraciət edə bilərlər. Onlar aşağıda qeyd olunan sənədlərlə idarəyə yaxınlaşmalıdırlar:

  1. Şəkil 3×4;
  2. Anket vərəqə;
  3. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  4. Sağlamlıq haqqında arayış.

Əlaqə üçün mobil nömrə: 055 481 85 37 (Elmi Məmmədli).