Qusarda illərdir qazlaşdırılmayan Avaran kəndində “Azəriqaz” İB tərəfindən “Açıq mikrofon” keçirilib. Bu barədə ShimalNews 18 may tarixində məlumat verir.

Aksiyada 20-yə yaxın sakin çıxış edib. Müraciətlər kəndin mavi yanacaqla təmin olunmasından ibarət olub. Qurumun Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi qaldırılan məsələlərin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri problem və təkliflərin qeydiyyatını aparıblar.

Daha öncə Avaran kəndində 1700 nəfərdən çox əhalinin mavi yanacaqla təmin edilmədiyi haqqında ShimalNews dəfələrlə xəbər vermişdir.