Qubanın Qacar Zeyid kəndində “Səyyar qəbul otağı” təşkil edilib. Bu barədə ShimalNews 18 may tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.

Tədbirə 68 fərdi yaşayış evinin sakinləri qatılıblar. Onların 20 nəfərdən çoxu müraciətlərini ünvanlamaq şansından yararlanıblar.

Müraciətlər qazlaşdırılma ilə bağlı olub. Xaçmaz RQİİ-nin rəisi Azər Abasov məsələnin Birlik rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Qaldırılan bütün məsələlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.