Xaçmazın qızlardan ibarət futbol komandası Azərbaycan çempionatının finalına vəsiqə qazanıb. Bu barədə ShimalNews 17 may tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“İnter” FK komandası U 17 Qızlar liqasının finalında mübarizə aparacaq. Yarış mayın 20-si saat 16:00-da paytaxtda yerləşən Binə qəsəbə stadionunda keçiriləcək. Burada rəqib komanda “Gömrükçü” FK olacaq.