Xaçmaz və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu barədə ShimalNews 17 may tarixində məlumat verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xaçmaz rayonu Bayoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Xıdır Qurbanov, İsmayıllı rayonunun Zoğallıq bələdiyyəsinin mülkiyyətində olan sahədə isə İsfahan Əzizov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.