Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib. Bu haqda 17 may tarixində ShimalNews quruma istinadən məlumat verir.
Sakinlərlə görüş RİH-nin binasında baş tutub. Fərdi qaydada müraciət edən vətəndaşlar məşğulluq, torpaq sahəsinin ayrılması, dam örtüyünün dəyişdirilməsi və digər sosial müdafiə məsələlərini səsləndiriblər.
Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.