Xaçmazda “18 May – Beynəlxalq Muzeylər Günü” qeyd olunub. Bu haqda 17 may tarixində ShimalNews məlumat verir.
“Hər muzey bir tarixdir; muzeylərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda təşkil edilən tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Könül Əskərova muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, muzeylərin yaranma tarixindən geniş və ətraflı danışıb. Bayram tədbiri məktəblilərin çıxışları ilə davam edib.
Sonda bir qrup Mərkəz əməkdaşı Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin diplomu ilə təltif olunub.