Xaçmaz rayonunda nəqliyyat vasitəsi qatarla toqquşub. Bu haqda ShimalNews 17 may tarixində Apa-ya istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Qusarçay kəndi ərazisində qeydə alınıb. Qorunmayan dəmir yolu keçidini keçmək istəyən avtomobil hərəkətdə olan qatara çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.