Qusarın futbol klubu Region Liqasının yarımfinalında çıxış edəcək. Bu barədə ShimalNews 17 may tarixində Region Liqasına istinadən məlumat verir.
Mayın 21-i saat 16:30-da “ASK Arena”da “Sharur” – “Qusar” oyunu baş tutacaq.
“Qusar”ın Region Liqasının 1/4 final mərhələsində “Füzuli” komandasını məğlub etməsi barədə məlumat vermişdik.