Qusarın icra başçısı Şair Alxasov Quxuroba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 17 may tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər.
Sakinlər yeni tibb məntəqəsinin tikintisi, kənd yollarının və elektrik xətlərinin təmiri, 1 ədəd yeni elektrik transformatorun quraşdırılması, uşaq bağçasının tikintisi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Qaldırılan məsələlərin bir qisminə müvafiq izahat verilmiş, digərlərinin həlli aidiyyəti qurumlara tapşırılmışdır.