Quba-Xaçmaz yolundakı yeni körpüdə beton arakəsmələr sürücülər üçün sürpriz ola bilər. Bu barədə ShimalNews 17 may tarixində məlumat verir.

Sürücülər bildirirlər ki, Xaçmazdan Quba istiqamətində hərəkət edəndə maneələr quraşdırılıb. Onlar lazımi işarələr və nişanlarla mühafizə olunmayıb. Xüsusən də gecə vaxtlarında burada işıqlandırmanın olmaması avtomobillərin qəzalara düşməsinə səbəb ola bilər.

Daha öncə adıçəkilən körpüdə müvəqqəti yol nişanlarının olmaması haqda xəbər vermişdik.

Quba-Xaçmaz yolu: yeni körpüdə yeni təhlükə yaranıb
Photo Shimal.News