İsmayıllının icra başçısı Nahid Bağırov sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 17 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Onların qayğılarının daim diqqətdə saxlanıldığı bildirilib.

Görüşdə RİH-nin əməkdaşları, aidiyyəti idarə və təşkilat rəhbərləri iştirak ediblər. Onlar qaldırılan məsələlərin həlli ilə bağlı tədbirləri müəyyənləşdiriblər.