İsmayıllıda regional konfrans start alıb. Bu haqda 17 may tarixində ShimalNews RİH-yə istinadən məlumat verir.

“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə həyata keçirilir. Konfrans iştirakçıları dini radikalizm və ekstremizmlə mübarizə, dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə, Azərbaycandakı dinlər və mədəniyyətlərarası harmoniyadan və s. bəhs ediblər. Ölkəmizdə mövcud olan tolerantlığı bütün dünya üçün nümunə adlandırıblar.

Daha sonda “Molokanlar” sənədli filmi nümayiş olunub. Günün ikinci yarısında din xadimləri və dini icma sədrlərinin iştirakı ilə görüş keçirilib.

Konfrans işini 18 may tarixinədək davam etdirəcək.