İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi araşdırılıb. Bu barədə ShimalNews 17 may tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

FHN-in yanğınsöndürmə qüvvələrinin müdaxiləsi sayəsində alov söndürülüb. Yaxınlıqdakı meşə zolağının mühafizəsi təmin edilib.

Hadisə ilə bağlı aparılmış ilkin araşdırma zamanı onun qəsdən törədildiyi müəyyən olunub. Həyata keçirilmiş zəruri tədbirlər nəticəsində yanğının Ədalət İskəndərov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.