Qubada anadan olan Roza Cəlilovanın 94 yaşı tamam olur. O, Xalq artisti, “Şərəf” ordeninin sahibi, milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir.
O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlayıb. Səhnə fəaliyyətinin 30 ildən artıq dövründə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub.