Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Bu haqda ShimalNews 17 may tarixində Trend-ə istinadən məlumat verir.

“Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu 5 hissə üzrə inşa olunur. İlk hissə – 0-dan 30-cu kilometrə qədər olan hissə 2020-ci ildə tikilərək yekunlaşdırılıb. İkinci hissə – 30 – 55-ci kilometrlik hissəsində tikinti işləri yekunlaşır, son tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin hissədə tikinti tam yekunlaşdırılacaq. 3-cü və 4-cü hissə üzrə torpaq və asfaltlanma işləri davam etdirilir. Həmin hissədə tikinti işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır. 5-ci hissə olan Qəndob – Rusiya sərhədinə qədər olan hissədə isə tikinti artıq yekunlaşır. Hazırda həmin hissədə də son tamamlanma işləri görülür. Həmçinin yolda paralel olaraq, ödəniş terminallarının da quraşdırılması prosesi davam etdirilir”, –  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

  1. Nəcəfli bildirib ki, adıçəkilən yolda tikinti işləri ilin sonunda tam yekunlaşacaq.