Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz rayonunda monitorinqlərinə davam edir. Bu haqda 17 may tarixində ShimalNews agentliyə istinadən məlumat verir.

Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı 9 müəssisədə qanun pozuntuları müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

“Sunrise” market

Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Yalama yolu

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

“Universal ” market

Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Yalama yolu

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

“Xudat” market

Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

“Furkan” market

Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

“Halal” market

Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

Apteklər

“Zeytun” aptek

Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev pr., ev 25

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

“Zeytun” aptek

Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev prospekti

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

İctimai iaşə müəssisələri

“Dost Qapısı” restoranı

Xaçmaz rayonu, Susayqışlaq kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

“Qımıl” restoranı

Xaçmaz rayonu,

Xaçmaz-Xudat yolu

Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq