İsmayıllıda işsiz və işaxtaran şəxslər üçün təşkil edilən əmək yarmarkası baş tutub. Bu haqda 17 may tarixində ShimalNews Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.

Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 24 müəssisə iştirak edib və 200-dən artıq vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada, həmçinin yeni peşəyə yiyələnmək istəyən şəxslərə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.