Xaçmaz rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə müqavilə imzalanıb. Bu barədə ShimalNews 16 may tarixində RİH-yə istinadən məlumat verir.

İmzalanma prosesində icra başçısı Elnur Rzayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və digər məsul şəxslər iştirak ediblər. Onlar tərəfindən layihənin gedişatına dair ətraflı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, layihədə 2030-cu ilədək hər kəs, xüsusilə həssas vəziyyətdə olanlar, qadınlar, uşaqlar, əlillər və yaşlı insanlar üçün nəqliyyatın və yol təhlükəsizliyinin yaxşılaşdırılması ehtiva edilib.