Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib. Bu barədə ShimalNews 16 may tarixində Apa-ya istinadən məlumat verir.

Məlumata görə, Ramil Rəhimov bu vəzifəyə təyinat alıb və bu gün vəzifəsinin icrasına başlayıb. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq Əmr imzalayıb.

Daha öncə, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynovun vəzifəsindən azad olunması haqda xəbər vermişdik.