Xacmaz rayonunda məktəb binası qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews 16 may tarixində məlumat verir.
35 ildən çoxdur ki, istifadəyə verilən Ləcət kənd tam orta məktəbi yararsız haldadlır. 3 mərtəbədən ibarət olan təhsil ocağının divarları çatlar içindədir, idman zalı isə qəzalı olduğundan bağlıdır və ora məktəblilər buraxılmırlar.
“Məktəbin bu halda olmasına baxmayaraq, burada heç nə yoxmuş kimi, dərslər davam etdirilir. Mümkün olan bütün qurumlara müraciət etmişik, bizə bildirilib ki, təzə bina inşa ediləcək. Lakin uzun müddətin keçməsinə baxmayaraq, vəziyyət olduğu kimi qalıb”- deyə oxucu söyləyib.