Xaçmazın minlərlə əhalisi olan Yeni Həyat qəsəbəsində təqaüd almaq çətinlik yaradır. Bu barədə ShimalNews 16 may tarixində məlumat verir.

Sakinlər bildirirlər ki, burada Kapital Bank bankomatının quraşdırılması onların həyatını asanlaşdıra bilər. Öz əhalisi ilə bərabər, Qusar və Quba əhalisi də bura gəlib-gedir. Onlar tikinti materialları dükanlarından, tibb məntəqəsindən, poçt xidmətindən yararlanırlar. ATM terminalların olmaması isə problem yaradır. İnsanlar qəsəbədən rayon mərkəzinə hər dəfə yol qət etməyə məcbur qalırlar.