Xaçmazın Dədəli kəndində icra başçısı Elnur Rzayev tərəfindən səyyar qəbul keçirilib. Bu barədə ShimalNews 16 may tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Dədəli İƏD-ə daxil olan Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Palıdlı kəndlərinin sakinləri müraciətlərini səsləndiriblər.
Burada elektrik təsərrüfatının yenilənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, içməli və suvarma suyu ilə təchizat, eləcə də digər sahələrə aid müraciətlər qaldırılıb. Rayon rəhbərliyi tərəfindən məsələlərin həlli üçün müvafiq addımlar atılıb.