Xaçmaz Uşaq Musiqi Məktəbi və Xudat Şəhər Uşaq Musiqi Məktəbinə qəbul başlanılıb. Bu haqda 16 may tarixində ShimalNews məlumat verir.

Şagird qəbulu üçün sənədlər may ayının 1-dən 31-dək və avqust ayının 25-dən 31-dək qəbul olunur. Məktəbə qəbul olmaq üçün direktorun adına yazılan xüsusi formalı ərizədə uşaq, yeniyetmə və gənclərin soyadı, adı, ata adı, təvəllüdü, yaşayış yeri, ümumtəhsil məktəbi (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsi), orada oxuduğu sinif, kurs və bölmə, valideynlərin iş yeri və əlaqə telefonları, habelə seçilən ixtisas göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

  1. a) doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti;
  2. b) sağlamlıq haqqında tibbi arayış;
  3. c) yaşayış yerindən arayış;

ç) 3×4 sm. ölçüdə 2 ədəd fotoşəkil.