Qusarda “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı görüş təşkil edilib. Bu haqda 16 may tarixində ShimalNews sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir Rayon Qadın Resurs Mərkəzində baş tutub. Görüşə rayonun müxtəlif müəssisələrində fəaliyyət göstərən iştirakçı qadınlar qatılıblar. Onlarla “Dövlət və cəmiyyətin ortaq problemi – məişət zorakılığı”, müxtəlif problemlərdən əziyyət çəkən ailələr, ailədə olan məsuliyyət və çətinliklər, qadınlar üçün təhsilin önəmi və s. haqqında diskussiya aparıb.