Qubada xəsarətlə nəticələnən qəzanın görüntüləri əldə olunub. Bu barədə ShimalNews 16 may tarixində məlumat verir.

Hadisə mayın 15-i saat 17:00 radələrində Fətəlixan və 20 Yanvar küçələrinin kəsişməsində qeydə alınıb. “Lexus” və “Azsamand” markalı avtomobillər toqquşub. Sonuncu isə yolun kənarındakı piyadaları vurub.

Şahidlər bildiriblər ki, “Lexus” “STOP” nişanına əməl etməyib, “Azsamand” isə yüksək sürətlə hərəkət edib. Nəticədə səki ilə hərəkət edən 2 tələbə qız xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.