Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Bu haqda 16 may tarixində ShimalNews RİH-yə istinadən məlumat verir.

Tədbirdə Ziyəddin Əliyev və AzTU-nun rektoru Vilayət Vəliyev, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak ediblər. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Quba RİH və AzTU arasında ilk layihədir.

AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb.

Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Ziyəddin Əliyevə təqdim edilmişdir.