Qubalı qazi Fərid Əmiyev icra başçısı Ziyəddin Əliyev tərəfindən ziyarət olunub. Bu barədə ShimalNews 16 may tarixində RİH-yə istinadən məlumat verir.

Görüş bu gün Alpan kəndində baş tutub. Burada Vətən müharibəsi qazimizin və onun ailə üzvlərinin mənzil-məişət şəraiti ilə, eləcə də onları maraqlandıran digər məsələlərlə ətraflı tanışlıq olub. Sonra köməkliklərin göstərilməsi məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib.