İsmayıllı rayon sakini Bakıda oğurluq etdiyinə görə tutulub. Bu barədə ShimalNews 16 may tarixində DİN-ə istinadən məlumat verir.
Məlumata görə “Mercedes” markalı bir avtomobildən cibində 910 manat pul olan gödəkçə oğurlanıb.
Hadisə ilə bağlı Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə əməli törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.