Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Qubanın Xınalıq kəndində vətəndaşların qəbulunu keçirib. Bu barədə ShimalNews 16 may tarixində agentliyə istinadən məlumat verir.

Görüşdə sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və müvafiq tapşırıqlar verilib. Burada əsas məqsəq kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması olub. Eləcə də kəndin turizm potensialının inkişaf etdirilməsi ilə məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verilib.