Səhər saatlarından başlayaraq Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb. Bu haqda ShimalNews 15 may tarixində məlumat verir.

Yağıntı, əsasən, dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb. Yaşayış məntəqələrində qarın hündürlüyü 2-3 santimetrə çatır.

Temperatur ötən günlərə nisbətən aşağı enib.