Quba, Xaçmaz və İsmayıllıda həftə ərzində keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb. Bu barədə ShimalNews 15 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
15-21 may tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:
Xaçmaz rayonu
– 21 may saat 11:00 – Xaçmaz Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş kikboksinq üzrə açıq rayon birinciliyi;
İsmayıllı rayonu
– 18 may saat 11:00 – Mollaisaqlı kəndində “Sağlam bədəndə sağlam ruh olar” devizi altında idman tədbiri;
Quba rayonu
– 19 may saat 11:00 – Heydər Əliyev adına mədəniyyət və istirahət parkında sərbəst güləş üzrə nümunəvi çıxışlar.
Şimal bölgəsində keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb