Qusar rayonunda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə kompleks mülki müdafiə təlimi keçirilib. Bu haqda 15 may tarixində ShimalNews nazirliyə istinadən məlumat verir.
Tədbir “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda baş tutub. Kompleks təlimə ümumilikdə 193 nəfər şəxsi heyət və 53 ədəd texnika cəlb edilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi və digər tədbirləri yerinə yetiriblər.