Qusar şəhərinin mərkəzində yerləşən yolun yararsız halda olması sakinlər üçün çətinliklər yaradır. Bu barədə ShimalNews 15 may tarixində məlumat verir.
Söhbət bazara və ticarət mərkəzlərinə yaxın olan Azər Xammətov küçəsindən gedir. Burada yolun asfalt örtüyü dağılıb və çuxurlar əmələ gəlib.
“Asfalt çox pis dağılıb. Çuxurların sayı-hesabı yoxdur. Yağış yağanda isə bu küçədə hərəkət etmək mümkün olmur. Həm piyadalar, həm sürücülər bu haldan əziyyət çəkirlər”, – deyə sakin bildirib.