Qubada baş vermiş qəza nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bu haqda 15 may tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Yol-nəqliyyat hadisəsi Digah kəndində qeydə alınıb. Burada “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə qəza ilə əlaqədar xilasedicilərin köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.