Quba rayonunda ağac kömürü istehsal edilən quyuları aşkar edilib. Bu haqda 15 may tarixində ShimalNews Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakini Nemət Dadaşov və Gültəpə kənd sakini Taleh Zülfüqarov olduqları müəyyən edilib:
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.