Quba şəhərində “Ailə Düşərgəsi” təşkil edilib. Bu haqda 15 may tarixində ShimalNews “Forest School Azerbaijan”a istinadən məlumat verir.

Üç gün davam etmiş və ölkənin müxtəlif bölgələrindən 15 ailənin qoşulduğu düşərgədə iştirakçılar üçün “Cins və gender”, “Məsuliyyətli valideynlik”, “Gender bərabərliyi” mövzularında təlimlər keçirilib.

Düşərgənin sonunçu günündə iştirakçılar Qubanın müxtəlif tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.

Tədbir Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə həyata keçirilib.