Quba Rayon Məhkəməsi vakansiya elan edib. Bu haqda 15 may tarixində ShimalNews Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən məlumat verir.
Adıçəkilən qurumda hakimin köməkçisi vəzifəsi boşdur. Aylıq maaşı 490 olan işin qulluq funksiyaları aşağıdakılardır:
- Məhkəmə qərarlarının layihələrinin hazırlanmasının təmin edilməsi;
- İcraatda olan işlərin və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi;
- Məhkəmə qərarlarının çap edilməsi, lazımi sayda çoxaldılması, aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
- İcraatında olan işlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və s.
Vakansiya üzrə şərtlər:
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş stajına dair tələblər yoxdur;
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə);
- Xarici dil biliklərinə dair tələblər yoxdur.
Vakansiya ilə bağlı ətraflı məlumatla linkə daxil olaraq tanış olmaq olar. Sənədlərin qəbulu mayın 30-dək davaç edir.