Bu gün saat 14:30 radələrində İsmayıllı şəhərində yol-nəqliyyat hadisəsi olub. Bu haqda ShimalNews 15 may tarixində Avtosfer.az-a istinadən məlumat verir.

“VAZ-2106” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Aşıqbayramlı kənd sakini, 29 yaşlı Elsevər Babayev, İsmayıllı şəhər sakini, 25 yaşlı Ağarəhim Axundov və 16 yaşlı Sənan Talıbov xəsarət alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.