İsmayıllı Olimpiya İdman Kompleksində cüdo birinciliyi keçirilib. Bu haqda 15 may tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Turnir ümümmilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Birincilikdə müxtəlif çəkilər üzrə idmançılar mübarizə aparıblar. Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.