İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 15 may tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Görüş mayın 18-i saat 15:00-da Şəhər 2 saylı tam orta məktəbinin inzibati binasında baş tutacaq. Vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət edə bilərlər.