Elm və təhsil naziri İsmayıllı rayonunda sakinlərin qəbulunu keçirəcək. Bu haqda 15 may tarixində ShimalNews quruma istinadən xəbər verir.

Vətəndaşlarla görüş mayın 26-sı baş tutacaq. Qəbulda Emin Əmrullayev İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinlərini narahat edən məsələləri dinləyəcək.

Görüşdə iştirak etmək istəyən şəxslər mayın 19-u saat 18:00-dək nazirliyin çağrı mərkəzinin 146-6 nömrəli telefonuna zəng etməklə və ya +994 51 206 78 48 mobil nömrəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qəbulda yalnız yuxarıda göstərilən tarixədək müraciət etmiş şəxslər iştirak edə biləcəklər.