İsmayıllı rayon sakinindən narkotik vasitələr götürülüb. Bu haqda 15 may tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb. Ondan 651 qrama yaxın heroin, 403 qrama yaxın tiryək və 302 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.