Şimal rayonlarından Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 883 nəfər iştirak edib. Bu haqda ShimalNews 15 may tarixində Azərtac-a istinadən məlumat verir.

Ötən gün keçirilən imtahanda 9-cü sinif şagirdləri və  əvvəlki illərin məzunları öz biliklərini sınayıblar. Xaçmaz şəhərində 4 mərkəzdə keçirilən imtahanlara 88 nəzarətçi müəllim, 10 nəfər buraxılış rejiminə məsul əməkdaş, 12 imtahan rəhbəri və 4 nəfər ümumi rəhbər cəlb olunublar.

İmtahanlar Xaçmazla yanaşı Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad rayonlarında və Naxçıvan MR-də təşkil olunub.