Qida Təhlükəsizliyi Agentliyi Qusar rayonunda yoxlamalar keçirib. Bu haqda 15 may tarixində ShimalNews agentliyə istinadən məlumat verir.

Qurum tərəfindən Kuzunqışlaq kəndində yerləşən “Soyuzaqrokontrakt” MMC-yə məxsus meyvə bağında monitorinq aparılıb. Yoxlama zamanı təsərrüfatda təyinatına uyğun olaraq qəhvəyi mərmər bağacığı, şaftalı meyvəyeyəni, Aralıq dənizi meyvə milçəyi və Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək üçün feromon tələlər asılıb.

Bununla yanaşı, yoxlamalar Urva kəndində yerləşən fiziki şəxslərə məxsus 7 ədəd kartofçuluq təsərrüfatında aparılıb. Qızılı kartof nematodunun mövcudluğunu aşkarlamaq məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Laboratoriya nəticələrində uyğunsuzluq aşkarlanmayıb.