Xaçmazlı gənc respublika onlayn mahnı müsabiqəsində uğurla çıxış edib. Bu haqda 13 may tarixində ShimalNews məlumat verir.

Xaçmaz UGİM-in dərnək üzvü Məryəm Kərimova “Musiqidə yaşayan ulu öndər ” adlı yarışmanın 2-cisi olub. Qaliblər Bakı şəhərində – Rəşid Behbudov adına Mahnı teatrında xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədovanın iştirakı ilə təşkil olunmuş qala konsertdə təltif ediliblər.