Xaçmazın Mirzə Fətəli Axundov və Nazim Məmmədov küçələrində yaşayanlar antisanitar vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər. Bu barədə ShimalNews 13 may tarixində Real TV-yə istinadən məlumat verir.

Bu küçələrin arasından keçən arxa zibil atıldığına görə burada antisanitar vəziyyət yaranıb. Nəticədə 20-yə yaxın ailə daim çətinliklə üzləşir.

Məsələ ilə bağlı icra nümayəndəsinin müavini Şıxəli Məmmədov açıqlama verib. Bildirilib ki, şəhərin yuxarı hissəsində yaşayan vətəndaşlar arxa zibil atır və belə xoşagəlməz mənzərə yaranır. İndiyə qədər bir neçə dəfə qeyd olunan ərazi təmizlənib. Qısa zamanda yenidən təmizlik aparılacaq.

Həmin suyun ləğv edilməsi üçün isə dəfələrlə axtarışlar olub, lakin mənbəyi tapılmayıb.

Onun ləğv edilməsi üçün kommunal təsərrüfat idarəsi ilə birlikdə tədbirlər həyata keçiriləcək.