Xaçmaz rayonunda qida müəssisələrində nöqsanlar aşkar edilib. Bu haqda ShimalNews 13 may tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.
Agentliyin əməkdaşları respublika üzrə monitorinqləri davam etdirirlər. Bu dəfə yoxlama nəticəsində 3 sahibkarlıq obyektində qayda pozuntuları aşkar edilib. Nöqsanları olan məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
İctimai iaşə müəssisələri | |||
1 | “İsot Dönər” kafesi | Xaçmaz şəhəri, Bakı prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | Mərdəliyev Vüqar Sabir oğluna məxsus dönərxana | Xaçmaz şəhəri, 28 May küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Lider” kafesi | Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |